12 aprel 2010 15:55
Azərbaycan Türkiyəyə yollanacaq heyəti açıqladı
AÇ-nin elit-raundunda IV qrupda Türkiyə, Norveç və İspaniya komandalarına qarşı mübarizə aparacaq Azərbaycan U-19 yığmasının heyəti açıqlanıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, aşağıdakı futbolçulara dəvət göndərilib: Səlahət Ağayev, Andrey Popoviç, Qara Qarayev, Tərlan Quliyev, Vəfadar Quliyev, Fariz Məmmədov, Yasin Yaqubzadə, Aleksandr Qross, Hacı Əhmədov, Mirhüseyn Seyidov, Araz Abdullayev, Kamil Nurəhmədov, Amit Quluzadə, Rəhman Hacıyev, Abdulla Abatsiyev, Orxan Həsənov, Tural İsgəndərov, Murad Səttarlı.
Xatırladaq ki, millimiz aprelin 14-də Türkiyə, 16-da Norveç, 19-da isə İspaniya yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Türkiyənin Əskişəhir şəhərində keçiriləcək.
