12 aprel 2010 16:06
Ramimdən özünə ad günü hədiyyəsi (FOTO)
XL-lə görüşdə (1:0) Bakının qələbə qoluna imza atan Fabio Luis Ramim özünə hədiyyə edib. Azerisport.az xəbər verir ki, doğum gününü qeyd edən Azərbaycan yığmasının futbolçusu bunu özünə ən yaxşı sayıb.
“Qarşılaşma çox gərgin və maraqlı alındı. İlk dəqiqələrdən üstünlük bizim tərəfimizdə idi. Amma heç cür fərqlənə bilmirdik. Bununla belə, 90-cı dəqiqədə olsa da, qələbə topunu vura bildik. Həlledici topun müəllifi olduğu üçün çox şadam. Dünən komanda üzvləri ilə birgə ad günümü qeyd etdim. Mənim üçün bundan gözəl hədiyyə ola bilməzdi.
Növbəti oyunlarda da bu cür çıxış edə bilsək, heç bir komanda qarşımızı kəsə bilməz” – deyə Ramim klubun rəsmi saytına müsahibəsində bildirib.
