12 aprel 2010 16:21
Maşado: Azərbaycan millisində oynamaqdan şərəf duyuram
UEFA-nın “Qızıl buts” mükafatının sahibi Nilson dos Santos Maşado təltifetmədən sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirib.
“Bu mükafat kollektiv əməyin nəticəsidir. Tək mənim deyil, bütün komandanın uğurudur. Azərbaycan millisində oynamaqdan şərəf duyuram. Karyeramda aldığım ən dəyərli mükafatlardan biridir. Doğrudur, Avropa çempionu olmasaq da, bu, Azərbaycan millisinin üzvünün “Qızıl buts”a layiq görüldüyü çempionat kimi yaddaşlarda qalacaq” – azerisport.az xəbər verir ki, Maşado belə deyib.
