12 aprel 2010 16:46

Berti Foqts: Cavadovun Tventedə oynamaması qorxulu deyil

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts komandasını 3 günlük toplanışa yığıb. Azerisport.az-a müsahibəsindən almaniyalı mütəxəssis maraqlı açıqlamaları ilə yadda qalıb.

“Qarşıdakı toplanışda əsasən fiziki hazırlıq üzərində işləyəcəyik. Əlbəttə, sonradan taktiki məşğələlər də olacaq. Amma əsas diqqəti “fizika”ya yönəldəcəyik. Çünki İordaniya və Lüksemburqa qarşı oyunlarda bu keyfiyyət məni tam razı salmadı. Qarşıda bizi üç çətin yoldaşlıq görüşü gözləyir. İki-üç gündən bir meydançaya çıxacağıq. Bu oyunlara hazır olmalıyıq”

“Xarici klublarda oynayan futbolçularımızın çıxışını diqqətlə izləyirəm. Həm Mahir Şükürov, həm də Vaqif Cavadov öz klublarında yaxşı məşq edirlər. Cavadovun Tventedə oynamaması qorxulu deyil. Heç Azərbaycan çempionatında çıxış edən futbolçular belə bəzən öz klublarında heyətə düşmürlər. Məsələn, Saşa Yunisoğlu. Buna görə də onu bu toplanışa cəlb etməmişəm. Mənası yoxdur.

Həm müdafiə, həm orta xətt, həm də hücumda sağlam rəqabət hökm sürür. Bu məni sevindirir. İkiqat sevinclidir ki, gənc futbolçular rəqabətə girirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.