12 aprel 2010 17:31
Stoiçkov Realı uzunqulaqla müqayisə etdi
Barselonanın keçmiş futbolçusu Xristo Stoiçkov Realın ünvanına “xoş” sözlər işlətmək üçün növbəti imkanı əldən buraxmayıb. Azerisport.az xəbər verir ki, bir müddət əvvəl Realdan zəhləsi getdiyini etiraf edən Stoiçkov bu dəfə Kral klubunun futbolçularını uzunqulağa bənzədib.
“Barsa futbol oynayırdı, Realın futbolçuları isə uzunqulaq kimi təpik atırdılar.
Əvvəllər deyirdilər ki, məni saxlamaq üçün tapanca lazımdır. Məncə, indi Messini saxlamaq üçün pulemyota ehtiyac var” – “Marca”ya müsahibəsində əfsanəvi bolqarıstanlı futbolçu belə deyib.
