12 aprel 2010 17:39
AFFA-nın iki baş katibi yanaşı (FOTO)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol veteranı, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılovla görüşüb. Azerisport.az xəbər verir ki, baş katib futbol ictimaiyyəti adından Çingiz İsmayılovu 75 illik yubileyi münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb. Üzərində “Ç.İsmayılov 75” yazılmış Azərbaycan milli komandasının forması yubilyara təqdim olunub. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
