12 aprel 2010 17:44
Çingiz İsmayılov: 55 ildir futboldayam
Futbol veteranı, 75 illiyini qeyd edən Çigniz İsmayılov AFFA-nın rəsmi saytına açıqlamasında onu unutmayan assosiasiya rəhbərliyinə minnətdarlığını bildirib.
“75 illik həyatımın 55 ilini futbolda keçirmişəm. Futbol mənim həyatım olub. Futbol mənə çoxlu dost tapmağa imkan verib. Keçmiş SSRİ-nin, son illərdə isə, demək olar ki, dünyanın bir çox ölkələrində məni tanıyırlar, yaddaşlarda varam. AFFA-ya təşəkkür edirəm ki, mənim ad günümü təbrik etdi” – azerisport.az xəbər verir ki, yubilyar belə deyib.
