12 aprel 2010 12:29
Foqts Anatoli Ponomaryova da dəvət göndərib? (YENİLƏNDİ)
Türkiyə Bank Asya 1-ci liqasında çıxış edən Ordusporun formasını geyinən Anatoli Ponomaryov Azərbaycan yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, bu barədə futbolçunun özü Orduspor azarkeşlərinin saytına açıqlamasında bildirib. Bir müddət əvvəl millinin heyətini açıqlayan Berti Foqtsun siyahısında Ponomaryovun adı yox idi. Hər halda, AFFA-nın rəsmi saytı da bu barədə məlumat yaymayıb.
Son anda aldığımız məlumata görə, Ordusporun futbolçusu əslində milli komandanın toplanışına yox, baş məşqçi Berti Foqtsun aprelin 19-dan 22-dək keçirəcəyi seleksiya xarakterli toplanışa çağırılıb.
