12 aprel 2010 00:16

Legioner limitinə hazırlaşanlar

Premyer Liqanın3-cü dövrəsi də başaçatdı. İlk baxışdan bu ifadə qəribə görünsə də, burada həqiqət çalarları var. Komandalar Final mərhələsinin ilk dövrəsini geridə qoydular.

Azerisport.az xəbər verir ki, “bahar çempionu” adına İnter layiq görüldü. 17-ci turdan sonra verilən fasiləyə də “bankirlər” lider kimi yollanmışdılar. Deməli, İnterin aktivind bu gün iki çempionluq var: qış və bahar. Qaldı “yay çempionu” olmaq (hərçənd, çempionat elə yazda bitir) ki, bu da ən çətin vəzifə kimi görünür; Kaxaber Çxadadzenin komandası artıq əvvəlki kimi aşkar favorit deyil.

Çempiondan fərqli olaraq, “Unibank” Premyer Liqası artıq uğursuzlardan birini müəyyənləşdirib. Hələ ki, de-fakto. De-yure olması üçün elə də çox şey lazım deyil: qalan beş turda Muğan 6, Turan 4, OŞ 2, Simurq isə 1 xal yığmalıdır. Bu halda, Karvan I diviziona yollanacaq. Razılaşın ki, Yevlax klubunun perspektivləri çox, lap çox dumanlıdır. Eyni sözləri Standard barədə demək olmaz, amma bu komanda yüksək liqada yerini qorumaq üçün Muğanla şəxsi oyunda mütləq qələbə qazanmalı və qalan oyunlarda heç olmasa salyanlılar qədər xal toplamalıdır. Onda Karvana Muğan yoldaş olacaq. Etiraf edək ki, bu da istisna deyil.

Nəhayət, başa çatan turdab daha bir maraqlı məqam: 6 görüşdə vurulan 14 topdan tən yarısı 7-si yerli oyunçuların aktivindədir. Premyer Liqada o qədər də tez-tez rast gəlinməyən bu məqamın tendensiya halını alması heç də pis olmazdı. Hər halda, qarşıdakı mövsümdə yerli futbolçuların canfəşanlığı çox böyük rol oynayacaq. Çünki yeni mövsümdən etibarən çempionatda əcnəbilərə limit qoyulacaq: yeni qaydalara əsas eyni vaxtda meydançada ən azı 3 Azərbaycan pasportuna malik futbolçu olmalıdır.

Yeri gəlmişkən, “yerli” və “əcnəbi” qolların sayında üstünlük, hər halda, birincilərin tərəfindədir. Axı Bakı – XL görüşündə qələbə topuna imza atmış Fabio Luis Ramim də “azərbaycanlı”dır.

 

“Unibank” Premyer Liqası
27-ci tur

İlk “altılıq”

Qarabağ – Neftçi 2:0
Qəbələ - İnter 1:1
Bakı – XL 1:0

İkinci “altılıq”

Standard – Simurq 3:1
Muğan – OŞ 2:1
Turan – Karvan 2:0
 
 

Turnir vəziyyəti

İlk "altılıq": İnter – 24 xal, XL – 22, Bakı - 20, Qarabağ - 19, Neftçi – 16, Qəbələ - 15.

İkinci "altılıq": Simurq – 26, OŞ – 25, Turan - 23, Muğan – 20, Standard – 18, Karvan – 9.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.