12 aprel 2010 00:25
Erediviziya. Tvente və Vaqif Cavadov tarixə keçməyə yaxındır
Hollandiya çempionatı sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, 31-ci turun oyunlarından sonra Çempionlar Liqasına vəsiqə qazanan komandaların adlarına böyük ölçüdə aydınlıq gəldi.
Bu komandalar Tvente və Ayaksdır. Bu gün yalnız kimin birbaşa qrup turnirinə, kimin isə təsnifat mərhələsinə yollacağı məlum deyil. Hərçənd, Enshede klubunun çıxışına diqqət yetirsək, onun tarixində ilk çempionluğunu qazanmasına çox yaxın olduğunu görərik. Hələ də Erediviziyada müxtəlif səbəblərdən debüt edə bilməyən Vaqif Cavadov növbəti mövsümdə ÇL-in qrup mərhələsində çıxış edən ilk azərbaycanlı ola bilər. Bunun üçün Tventeyə qalan 3 oyunun 2-də qələbə qazanmaq kifayətdir.
Erediviziya, 31-ci tur
PSV – Feyenoord 0:0
Utrext – Den Haaq 0:2
Qroningen – Villem II 4:0
Ayaks – Venlo 7:0
Vaalveyk – Vitess 4:1
Tvente – Herenveen 2:0
Niymegen – Alkmaar 0:0
NAK – Roda 1:0
Sparta – Herakles 1:1
Turnir vəziyyəti: Tvente – 80 xal,Ayaks – 76, PSV – 73, Alkmaar 55, Feyenoord – 54 (30), Herakles – 50, Utrext – 48, Qroningen – 45, NAK – 44, Roda – 38, Herenveen – 35, Vitess – 30 (30), Niymegen – 30, Venlo – 29, Den Haaq – 27, Sparta – 26, Villem II – 23, Vaalveyk – 15.
