12 aprel 2010 12:32
Olimpiadanın vətəni Azərbaycan yığmasını qəbul edəcək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 16-dan 28-dək Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində komanda Rusiya klubları ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. AFFA-nın rəsmi saytı toplanışa 14 futbolçunun çağırıldığını yazıb.
