La Liqa. Barsa - çempion, Real - 2-ci. Bəs sonra?
Xosep Qvardyola Barselonanın baş məşqçi postunda ardıcıl ikinci İspaniya çempionluğuna yaxındır. Azerisport.az xəbər verir ki, yarışın sonuna hələ 7 tur qalsa da, Realdan aralanan, digərlərindən isə bir baş üstün olan “blauqranyes“in qızıl medalları əldən verəcəyi inandırıcı görünmür.
Barsa və Real 3-cü pillədən müvafiq olaraq, 24 və 21 xal aralana biliblər. Bu o deməkdir ki, ilk iki pilləni bu kollektivlərin bölüşəcəyi artıq de-yure məlumdur. Əsas sual isə iki nəhəngdən hansının çempion olacağı ilə bağlıdır. Bundan əlavə, ÇL-ə vəsiqə verən 3-4-cü yerlər və primeroda qalmaq uğrunda gərgin mübarizə son turlara qədər gedəcək. İndika halda, Valensiya və Sevilya qitənin 1 nömrəli turnirinə yaxın görünürlər. Sequndaya düşməyə ən real “namizədlər” isə Xeres, Valyadolid və Tenerifedir.
La Liqa, 31-ci tur
Turnir vəziyyəti: Barselona – 80, Real – 77, Valensiya – 56, Sevilya, Malyorka – 51, Atletik – 48, Vilyarreal – 46, Xetafe – 44, Deportivo – 43, Atletiko – 40, Osasuna, Sportinq, Espanyol, Almeriya – 37, Saraqosa, Rasinq – 32, Malaqa – 31, Tenerife – 26, Valyadolid – 25, Xeres – 23.
