13 aprel 2010 13:06
Azərbaycanlı hakim AÇ-nin final mərhələsində (FOTO)
FİFA laynsmanı Orxan Məmmədov yeni təyinat alıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək oyunlarda baş hakim köməkçilərindən biri Orxan Məmmədov olacaq.
U-17-lərin Avropa çempionatının final mərhələsi 2010-cu il mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Bu mərhələdə komandalar 2 qrupda mübarizə aparacaq. A qrupunda Fransa, İspaniya, Portuqaliya və İsveçrə, B qrupunda isə Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları çıxış edəcək.
