13 aprel 2010 01:07
Türkcell Superliqa. Bursaspor - yeni Sivasspor?
Türkcell Superliqasında düyünlər açılmaq bilmir. Azerisport.az xəbər verir ki, bu gün çempionluğa Bursaspor və Fənərbaxça daha yaxın görünsə də, diqqətlər baxsaq, görərik ki, hər şey bu qədər asan deyil.
Bazar ertəsi turun son görüşündə Kayserispor Sivassporla heç-heçə oynadı. İki il əvvəl Kayseri, ötən mövsüm isə Sivas təmsilçisi sona qədər “böyük dördlüy”ə çempionluq mücadiləsi vermişdi. Amma hər şey həmişəki kimi bitmişdi: yenə də İstanbul klublarından biri Türkiyə çempionluğunu bayram etmişdi.
Növbəti mövsümdə də belə olacaqmı? Yoxsa sona 5 tur qalmış hələ də liderliyini qoruyan Bursaspor daha uzunmüddətli layihədir?
Yəqin ki, bu sualların ilkin cavabı 34-cü turda gələcək. “Yaşıl timsahlar”ın qızıl medal qazanıb-qazanmamasından çox şey asılıdır, çünki böyük maliyyə dayaqları ilə seçilməyən klubun üzdə qalması üçün titul gərəkdir. Bu titulu qazanmaq isə heç də asan görünmür. Bu gün Fənərbaxça, Qalatasaray və Beşiktaş çempionluq şanslarını saxlayır. Hər üç kollektivin yüksək yerlər uğrunda mübarizə təcrübəsi isə artıq 100 illə ölçülür...
Türkcell Superliqa, 29-cu tur
Antalyaspor – İstanbul BŞB 1:3
Beşiktaş – Trabzonspor 0:0
Kasımpaşa – Ankarügücü 2:0
Gənclərbirliyi – Bursaspor 0:0
Dənizlispor – Əskişəhirspor 1:0
Qalatasaray – Diyarbəkispor 4:1
Kayserispor – Sivasspor 2:2
Qaziantepspor – Manisaspor 0:0
Fənərbaxşa – Ankaraspor +:-
Turnir vəziyyəti: Bursaspor – 62, Fənərbaxça – 61, Qalatasaray, Beşiktaş – 57, Trabzonspor – 50, İstanbul BŞB – 49, Əskişəhirspor – 48, Kayserispor – 47, Gənclərbirliyi – 40, Qaziantepspor – 38, Kasımpaşa – 36, Antalyaspor – 34, Ankaragücü – 33, Manisaspor – 30, Sivasspor – 27, Diyarbəkispor – 24, Dənizlispor – 21, Ankaraspor - 0
