13 aprel 2010 01:14
Bakı iməcilik keçirdi (FOTO)
Bakı futbol klubu ekologiyanın qorunması məqsədi ilə tədbir təşkil edib. Azerisport.az xəbər verir ki, “Ətraf mühiti qoruyaq” adlı iməclikdə Bakının baş koordinatoru Yüksəl Kepoğlu, əsas komandanın məşqçisi Məqsəd Yaqubəliyev, koordinator Akif Özakyol, futbolçulardan isə Xalidu Sissoko və Rafael Əmirbəyov iştirak ediblər. Klubu rəsmi saytının məlumatına görə, Bakının U-14 və U-15 komandalarının heyət üzvlərinin də qatıldığı iməclik 1 saata yaxın davam edib. Aprelin 12-də təşkil olunan aksiyada Rafael Əmirbəyov və Xalidu Sissoko Biləcəri qəsəbəsi ərazisində yerləşən yeni bazada ağac əkiblər.
