13 aprel 2010 01:17
Yığmanın açıq məşqinin vaxtı dəyişdirildi
Azərbaycan milli komandasının Bakı şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində mətbuat üçün açıq məşqinin vaxtı dəyişdirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, məşq, əvvəlcədən xəbər verildiyi kimi, aprelin 14-də, saat 11:20-də deyil, həmin gün saat 10:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
