13 aprel 2010 13:22
Altay Əliyev AzTV-dən getdi
Telejurnalist Altay Əliyev AzTV ilə yollarını ayırıb. Azerisport.az Lent.az-a istinadən xəbər verir ki, Əliyev bu gün öz ərizəsi ilə işdən gedib.
Populyar teleşərhçi gedişinin səbəblərini açıqlamayıb. “Hələlik bir sıra təkliflər var. Qısa müddətdən sonra gələcək iş yerim müəyyənləşəcək. Ola bilsin, bir müddət jurnalistikadan kənar sahədəçalışdım” – deyə Əliyev bildirib.
