13 aprel 2010 14:13
27 aprel. Bakı - Qalatasaray
Bakı Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandasının Astanada keçiriləcək “Qazaxıstan Respublikasının Prezidenti Kuboku” turnirdə rəqibləri və oyunlarının vaxtı müəyyənləşib. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda B qrupunda ÇSKA (Rusiya), Qalatasaray və Serbiya U-17 yığması ilə bir qrupda yer alıb.
Bakı ilk oyunu aprelin 26-da Bakı vaxtı ilə saat 10:00-da serblərlə keçirəcək. Ertəsi gün həmin saatda böyük maraqla gözlənilən Bakı - Qalatasaray görüşü başlayacaq. Nəhayət, qrupda son oyun Bakı vaxtı ilə saat 08:00-da ÇSKA-ya qarşı baş tutacaq.
