13 aprel 2010 21:45
Möhkəm dayan, Türkiyə! Azərbaycan gəlir! (FOTO)
Aprelin 14-də, Bakı vaxtı ilə saat 18:00-da Avropa çempionatının elit-raundu çərçivəsində Azərbaycan U-19 yığması ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın ilk rəqibi Türkiyə yığması olacaq. Bu gün Türkiyənin Əskişəhir şəhərindəki “Necdət Yıldırım Spor Təsisləri”nin stadionunda U-19 oyunöncəsi son məşqini keçirib, deyə AFFA-nın rəsmi saytı bildirir.
Xatırladaq ki, qrupda yığmamızın digər rəqibləri İspaniya və Norveçdir.
