13 aprel 2010 12:04
Azərbaycan DÇ-yə hazırlığa indidən başlayır
2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq FİFA rəhbərliyinin dəvəti ilə AFFA-nın nümayəndə heyəti beynəlxalq futbol qurumunun qərargahına gedib. Azerisportaz AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinə hüquqşünas Rəmiş Malıyev, Marketinq və reklamlar departamentinin rəisi Cavid Qarayev və beynəlxalq departamentin mütəxəssisi Könül Mehdiyeva daxildir.
