13 aprel 2010 12:09
Neftçi rəhbərləri günahkarları tapdı!
Neftçi Peşəkar Futbol Klubunun rəhbərliyi son oyunlarda alınan uğursuz nəticələri nəzərə alıb, baş məşqçi Arif Əsədovun təqdimatına uyğun olaraq, əsas heyətin üzvləri Vladimir Miçoviç, Valentin Atem və Nazar Bayramovu əvəzedici heyətə göndərməyə qərar verib. Azerisport.az-a klubun mətbuat xidmətində məlumat verdilər ki, həmçinin, əsas heyətin bir çox üzvü klub rəhbərliyi tərəfindən cərimə olunub.
