13 aprel 2010 12:26
Qarabağ heyətinin yarısını itirdi
Qarabağ qarşıdakı oyunun hazırlıqlarına 11 futbolçusu olmadan başlayıb. Azerisport.az xəbər verir ki, əsas yığmanın düşərgəsində olan 7 futbolçudan əlavə, Rəşad Sadiqov səhhəti, Vüqar Nadirov isə zədəsiylə bağlı məşqlərdə çıxış edə bilmir. Bundan əlavə, digər zədəli Aftandil Hacıyev də fərdi olaraq məşq edir. Tural İsgəndərov və Qara Qarayev isə 19 yaşlılardan ibarət yığmada olduqlarına görə komandadan ayrı düşüblər. Klubu rəsmi saytı komandanın Suraxanı qəsəbə stadionunda keçirdiyi çalışmalarda cəmi 12 futbolçunun imkanlarından yararlandığa bildiyini yazıb.
