13 aprel 2010 00:46

Qazaxıstan yığmasının oyunçusu Azərbaycanı bəyənmədi: Sizin çempionatda oynamaram!

AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Qazaxıstan yığmasının futbolçusu Andrey Karpoviç ölkəmizi bəyənir, amma futbolumuz barədə yüksək fikirdə deyil. Azerisport.az xəbər verir, Moskva Dinamosunun keçmiş oyunçusu Azərbaycanda komandaların süni örtüklü meydançalara üstünlük verməsindən tutmuş, burada çıxış edən legionerlərə qədər çox şeydən xəbərdardır. Bununla belə, nədənsə Azərbaycan Premyer Liqasında çıxış etməyi ağlından belə keçirmir. Söhbətə isə Karpoviç AÇ-2012-nin seçmə mərhələsindən başlayıb.

- Oyunların gərgin mübarizə şəraitində keçəcəyinə yüz faiz təminat verə bilərəm. Artıq dünyada zəif rəqib anlayışı yoxdur. Qazaxıstan qrupda orta sıralarda yer almaq üçün “vuruşacaq”. Almaniya və Türkiyə qrupun favoritidir. Belçika qrupa ayrıca rəng qatacaq. Qazaxıstan və Azərbaycan isə eyni səviyyəli millilərdir. Öz aramızda keçirəcəyimiz oyunlar həm sizin, həm də bizim üçün maraqlı və prinsipial xarakter daşıyacaq. Onu da deyim ki, hər iki komanda rəqibə sürpriz etməyə qadirdir.

- AÇ-2008-in seçmə qrup mərhələsində Azərbaycanla qarşılaşmalarda siz də meydançada idiniz. Həmin oyunları necə xatırlayırsınız?

- Çox yaxşı xatırlayıram. Həmin oyunlar gərginliyi ilə yadda qalmışdı. Heç-heçə başa çatan oyunlar hər iki millinin eyni səviyyəli olduğuna bir daha sübutdur. Ancaq həmin seçmə mərhələdə biz sizdən çox xal toplamışdıq. Qazaxıstanda keçirilan qarşılaşmada hesabda geri düşməyimizə baxmayaraq, Baltiyevin sayəsində bərabərlik qolunu vurduq. Qoldan sonra çox həyəcanlı idik. Çünki rəqib qapısından ikinci topu keçirib, qələbə qazanmaq istəyirdik. Sadəcə, gücümüz yetmədi. İkinci hissədə10 nəfərlə mübarizə apardıq. Yadımda qalan daha bir faktı da sizin diqqətinizə çatdırmaq istəyirəm. Bakıdakı matçdan sonra sizin millinin baş məşqçisi (Şahin Diniyev - azerisport.az) yerli mətbuata belə bir açıqlama vermişdi: “Qazaxıstanı orada məğlub edəcəyik”. Amma biz buna imkan vermədik. İlk matçı keçirdiyimiz stadion heç xoşuma gəlməmişdi. Baxmayaraq ki, yay ayı idi və bu vaxtlar adətən, stadionlar əla vəziyyətdə olur. Tribunaları dolduran azarkeşlərə isə söz ola bilməzdi. Doğrudan da qarşılaşmanın daha maraqlı keçməsi üçün onların böyük rolu oldu. Mən bir hadisənin şahidi oldum ki, sizlər milli komandanızı sevib, onlar üçün həyəcanlanırsınız. Bu açıq-aşkar görsənirdi. Bakı qədim vətarixi keçmişi olan şəhərdir. Həmçinin, gözəl yerləri çoxdur. Şəhəriniz günü-gündən inkişaf edir.

- Azərbaycan futbolunun hazırkı durumu barədə hansısa məlumata maliksiniz?

- Bilirəm ki, sizin futbola böyük maliyyə vəsaitləri yatırılıb. Həmçinin, səviyyəli legionerlərin ölkənizə dəvət olunduğunu da öyrənmişəm. Bu, Azərbaycan futbolunun Avropada tanınması baxımından düzgün addımdır. Lakin bildiyim qədəri ilə meydançalarınızın vəziyyəti heç də ürəkaçan deyil. Belə olan halda, gözəl vəbaxımlı oyun nümayiş etdirmək futbolçuya müyəssər olmur. Kələ-kötür meydançada futbol oynamaq nə futbolçunun özünə, nə də matçı izləməyə gələn azarkeşlərə zövq verir. Sizin klublar nədənsə son vaxtlar süni örtüklü meydançalarda oynamağa üstünlük verirlər. Bu, futbolçunun səhhəti üçün çox pisdir. Həmin örtükdə keçirilən məşqlərdə belə, adi bir vəziyyətdə ağır zədə almaq mümkündür.

- Maraqlıdır, bu məlumatlar sizdə haradandır?

- Futbolçu və menecer dostlarım çoxdur. Bir neçə ay bundan əvvəl onlarla əlaqə saxlayanda, bu bilgiləri mənə çatdırdılar. Eyni zamanda, dostlarım Robertas Poşkus və Aleksandr Malıgin sizin çempionatda mübarizə aparırlar. Düzdür, Malıginlə sonuncu dəfə əlaqə saxlayanda, mənə komandadan getdiyini (Simurqdan – azerisport.az) demişdi. Bizim futbolda olduğu kimi, sizdə də təşkilatçılıqla bağlı problemlar var.

- Nəvaxtsa Azərbaycan klublarından təklif gələrsə, oynamağa razılıq verərsinizmi?

- Sizin çempionatda oynamaram. Ona görə ki, Qazaxıstan və Azərbaycan çempionatları arasında ciddi fərq görmürəm. Belə olan halda, digər ölkənin çempionatında çıxış etməyin mənası da yoxdur.

- Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan futbolu arasında hansı fərqləri görürsünüz?

- Hər iki ölkədə uşaq məktəblərinin yaxşı işləmədiyini düşünürəm. Bununla belə, sizdən fərqli olaraq, Qazaxıstan klubları daha stabildirlər. Maliyyə cəhətdən isə heç bir ölkədə problem olmadığı açıq-aşkar ortadadır.

 

“Çempion” qəzeti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.