14 aprel 2010 01:04

Dəyişməli olan Premyer Liqa. İkinci yazı

“Unibank” Premyer Liqası jurnalistlərin də fəaliyyəti nəticəsində artıq bir brendə çevrilir. Əlbəttə, onun ölkədən kənarda məşhurluğu nə A seriyası, nə La Liqa, nə də ki, Türkiyə Superliqası ilə müqayisəyə sığmır. Amma etiraf edək ki, “Unibank” Premyer Liqası” ifadəsi Azərbaycan indi çoxlarına məşhurdur.

Azerisport.az xəbər verir ki, bunda Bakı küçələrində asılan reklam plakatlarının, geniş kütləni əhatə edən internet və qəzet mediasının xidmətləri danılmazdır. Məlum obyektiv və subyektiv səbəblərdən televiziya bu axardam bir qədər kənarda qalıb, amma çempionatın rəsmi sponsorunun təsirinin TV məkanında da gedib çıxacağı gün uzaqda deyil.

“Unibank” Premyer Liqasının həqiqətən bir marka olması üçün işin marketinq tərəfinin yüksək qurulması qədər vacib heç nə yoxdur. “Marketinq” sözünün ingilis dilindəki “market” (bazar) kökündən əmələ gəlməsini irəli çəkib məsələnin xalqımızın çox sevdiyi “alış-veriş” münasibətlərini çərçivəsinə qədər endirmək istəyənlər tələsməsin. Marketinq nəyisə almaq, nəyisə satmaq deyil. Marketinq - satmaqdır. “Unibank” və PFL-in öz məhsulunu satması üçün həmin məhsul birinci növbədə alıcı üçün cəlbedici olmalıdır. Bir futbol çempionatını “almaq” istəyən azarkeşi və ya izləyicini nə cəlb edə bilər?

Hər şeydən əvvəl işin sırf oyun, futboltərəfi. Başqa sözlə yüksək keyfiyyətli futbolçular, yüksək gərginlikli mübarizə, həyəcanvə asudə vaxtın səmərəli keçirilməsi üçün Azərbaycan çempionatının bir vasitə olması. Bunun üçün yarışın təşkilatçıları minimal olaraq, aşağıdakıları nəzərə almalıdırlar:

a) azarkeşlərlərin rahatlığı təmin olunan, yaşıl və yüksək səviyyəli meydançaya malik olan, bütün şərtlər üzrə Avropa standartlarına cavab verən stadionlar və onların mərkəzləşdirilmiş tələblər üzrə qurulması (məsələn, bütün stadionlarda eyni reklam bannerlərinin eyni mövqedə yerləşdirilməsi);

b) komandalarınoyun dəstlərinin mərkəzləşdirilmiş standartlarla işlənməsi qurulması (məsələn, köynəklərin qollarında çempionatın loqosunun əksi, kürəyində futbolçuların ad və ya soyadlarının yazılması);

c) mərkəzləşdirilmiş teleyayım;

d) mətbuatın normal faəliyyəti üçün mətbuat konfranslarının və oyunsonrası fleş-müsahibələrinin mərkəzləşdirilməsi və məcburi hal alması;

e) çempionatın rəmzlərinin satışa çıxarılması və s.

Diqqət yetirdinizsə, bəndlərin əksəriyyətində “mərkəzləşdirilmiş” sifətindən yayınmaq mümkün olmayıb. Avropa üçün, məsələn, futbol klublarının geyim siyasəti normal haldır və futbol təsərrüfatında yalnız detal, lakin vacib detal rolu oynayır. Azərbaycan isə hələ buna gəlib çatmayıb.

Bu olmalıdır. “Unibank” Premyer Liqasının populyarlaşması, daha çox izlənməsi və gəlir gətirən məhsul rolunu oynaması üçün özünəməxsus simaya malik olmasına ehtiyac var. Bu sima olmadan nəinki bütövlükdə çempionatı, heç adi bir futbol klubunun inkişafına nail olmaq mümkün deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.