14 aprel 2010 13:40
AFFA dopinqlə mübarizə aparır
AFFA-nın inzibati binasında milli komandanın həkimi Hans Eike Van Alste yığma komandaların, Premyer Liqada və I divizionda çıxış edən klubların həkimləri, fizioterapevtləri və masajçılarının iştirakı ilə seminar keçirib. Azerisport.az xəbər verir ki, seminarda yeni dopinq qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tərkibində dopinq maddələri olan preparatlar haqda danışılıb. (AFFA)
