14 aprel 2010 14:46
Fabio Luis Ramim Bakını Rusiya klubuna dəyişir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Fabio Luis Ramim Mahir Şükürovun ardınca Rusiya klublarından birinə keçə bilər. Azerisport.az xəbər verir ki, Bakının vitse-prezidenti Tunc Afşar müxbirimizlə söhbətində Ramimlə bir neçə klubun maraqlandığını bildirib, amma danışıqlar yaya qədər təxirə salınıb.
Qeyd edək ki, yayda braziliyaəsilli futbolçunun Bakı ilə müqaviləsi başa çatır.
