14 aprel 2010 16:11
Olimpik-Şüvəlanın futbolçusu üzündən klubu premyer liqadan qovurlar
Xarkov Metallisti Ukrayna Premyer Liqasında çıxarıla bilər. Azerisport.az xəbər verir ki, dünən Ukrayna Futbol Federasiyası Etika komitəsinin iclasından sonra müvafiq qərar verilib: komitə 2007/08 mövsümünün 24-cü turunda baş tutmuş Metallist – Karpatı görüşünü danışılmış hesab edib. Klubun cəzalanacağı və premyer liqada çıxarılacağı gözlənilir. Qeyd edək ki, bu danışılmış oyunun fiqurantlarından biri hazırda Olimpik-Şüvəlanın futbolçusu moldovalı Sergey Laşenkovdur.
