14 aprel 2010 17:20
Adamiya: Bakıyla oyunda da fərqlənmək istərdim
Qarabağın gürcüstanlı forvardı Georgi Adamiya Bakı ilə oyun ərəfəsində klubun rəsmi saytına müsahibə verib.
“Əlbəttə, qol vurmaq istənilən futbolçuya psixoloji üstünlük verir. Özünəinamın artır. Təbii ki, derbidə qol vurmaq xoşdu. Amma bu tək mənim əməyim deyil. Komandam yoldaşlarım topla əla rəftar etməsi işimi asanlaşdırır. Belədə daha topu və meydanı daha rahat hiss edirəm. Qoldan başqa mənə verilən ötürmədə də ustalığı qeyd etmək lazımdır. Bu dəfə Əfran, Qəbələ ilə oyunda Aslan, Lənkəranda isə Elvin məni düzgün mövqeyə çıxarmışdılar. Ona görə də, oyundaşlarıma təşəkkür düşür.
O ki qaldı sabiq komanda məsələsinə, biz peşəkar futbolçularıq. Şərəfini qoruduğumuz komandanın uğuru üçün sona qədər mübarizə aparmalıyıq. Təbii ki, Bakıyla oyunda da fərqlənmək istərdim. Amma 3 xalı məmnuniyyətlə qolumla dəyişərdim. Qələbə qazancağımız halda qol vursam, o lap əla olar. İstənilən mən komanda futbolçusuyam və komandam qələbə qazanmaq üçün nə lazımdırsa, edəcəm” - azerisport.az xəbər verir ki, Adamiya belə deyib.
