14 aprel 2010 20:19
Millimiz hələ ki, sonuncudur
U-19 yığmaları arasında Avropa Çempionatının seçmə mərhələsinin elit raundunda ilk turun oyunları keçirilib. Azerisport.az xəbər verib ki, Türkiyənin Əskişəhir şəhərində təşkil olunan yarışlarda Türkiyə - Azərbaycan (2:0) görüşündən başqa bu gün daha bir oyun olub. İspaniya və Norveç U-19-larının duelində heç-heçə qeydə alınıb – 1:1.
Bu nəticələrdən sonra yığmamız qrupda hələ ki, sonuncu pillədədir. Növbəti oyununu komandamız aprelin 16-da Bakı vaxtı ilə saat 18:00-da Norveçə qarşı keçirəcək.
