14 aprel 2010 21:39

Foqts niyə klubların işini görür?

Bakıda 3 günlük toplanışda olan Azərbaycan yığması  bu gün mətbuata açıq məşq keçirib. Azerisport.az xəbər verir ki, yaxın günlərdə milli komandanı hər hansı bir oyunun gözləmədiyini, növbəti yoldaşlıq görüşlərinin isə yalnız mayda baş tutacağını nəzərə alsaq, Berti Foqtsdan heyətdə hər hansı yenilik, taktiki sxemlərin sınaqdan çıxarılmasını gözləməyə dəyməzdi.

Yığma komanda 3 gün ərzində (sabah toplanışın son günüdür) fiziki hazırlıq üzərində işləyəcək. Bunu həm yığmanın futbolçuları, həm də Foqts özü müsahibələrində dəfələrlə qeyd edib. Almaniyalı mütəxəssis yenə futbolçuların fiziki durumundan narazıdır və belə demək mümkünsə, “pəncərədən kənar” toplanışın təşkili də məhz bununla əlaqədardır. Amma istər-istəməz insanın ağlına müəyyən suallar gəlir: 1) Əgər Foqts hər ay futbolçuları başına yığıb 3-4 günlük toplanışda onların fiziki hazırlığını inkişaf etdirəcəksə, klublar hara baxır? 2) Ümumiyyətlə, futbolçuların ayrı-ayrı komandalarda çıxış etməsinin nə mənası var?; 3) Klub məşqçilərinin fəaliyyəti bu qədərmi qənaətbəxş deyil? 4) Bəlkə yığmanı hər hansı bir komandanın bazasında toplamaq, Foqtsu da ora baş məşqçi təyin etmək məqsədəuyğun olar?

Müstəqil Azərbaycan futbolunun neçə yaşı varsa, bu sualların da o qədər çox yaxşı var. Hələ Berti Foqtsun Azərbaycanı bir futbol ölkəsi kimi tanımadığı vaxtlarda milliyə baş məşqçi təyin olunan mütəxəssislərin hamısı şikayətlənirdi: “seçmə oyunlar ərəfəsində toplanışa 3 gün vaxt verilir və biz bilmirik, bu müddətdə taktiki sxemləri sınaqdan keçirək, yoxsa oyunçuların fiziki durumunu qaydasına salaq?” Əvvəlllər bu sözlərə elə də diqqət yetirilmirdi, çünki hər kəs anlayırdı ki, klublarda futbolçuları formanın zirvəsində saxlamaq üçün münbit bşərait yoxdur. Məsələn, vitaminləşdirmə və bərpa proseslərinin təşkili 90-cı illərdə Azərbaycan klubları üçün Himalayın zirvəsi qədər əlçatmaz idi. Bəs indi? İndi ki, şərait baxımından hər şey qaydasındadır və komandaları iddiaları yerə-göyə sığmayan məşqçilər çalışdırır. Bəs niyə Foqts yenə də gileylənir?

Bu suala cavab tapmağı almaniyalı mütəxəssis özü də çox istərdi. Amma tapa bilmir. Ya da tapıb, lakin klub məşqçilərinin yenidən onun üzərinə tənqidlərlə şığıyacağından ehtiyatlanaraq, müşahidələrini dilə gətirmir. Biz ki, heç nədən çəkinmirik! Çəkinmirik və deyirik: Qarabağ, Neftçi və Bakının fiziki durumu istənilən səviyyədə deyil. Bunda baş verən məşqçi dəyişikliklərinin (Neftçi və Bakıda), o cümlədən, kadr çatışmazlığının (Qarabağ) rolu var. Nəzərə alsaq ki, millinin özəyini də elə əsasən bu klubların futbolçuları təşkil edir, Foqtsun bu vaxtsız toplanışlarının əsl məqsədi gözlərimiz önündə aydın canlanar.

Berti Foqts futbol ictimaiyyətinin sərhədsiz inamını qazanmaq üçün hələ heç nə etməyib. Qarşıdakı seçmə mərhələ bizə çox ümidlər versə də, unutmayaq ki, onun başlanmasına hələ 5 ay var. Futbol ölçüləri ilə bu elə də uzun müddət deyil. Amma o da var ki, klublar Premyer Liqanın yekun mərhələsinə qədəm qoyurlar. Və heç bir klub məşqçisi çempionatın qızğın çağında, həlledici matçlara hazırlaşdığı bir vaxtda 4-5 futbolçusunu 3 günlük də olsa, itirmək istəməz.

Deməli, qapanmış çevrə alınır: nə Foqts futbolçuların durumunun pis olmasında klubları açıq şəkildə tənqid edir (hərçənd, buna eyham vurulur), nə də klublar almaniyalı mütəxəssisin artıq onları bezdirən bu toplanışlarına etiraz edir. Hamı başını aşağı salıb öz işini görür. Hamıya yaxşıdır, hər şey yaxşıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.