14 aprel 2010 00:42
Vaqif Cavadovun komandasını daşa basdılar (FOTO)
Alkmaarla oyunan yollanan Vaqif Cavadovun çıxış etdiyi Tventenin avtobusu daşa basılıb. Azerisport.az Hollandiya mətbuatına istinadla xəbər verir ki, insident Hemserk şəhərinin yaxınlığında baş verib.
“Dörd naməlum şəxs bizim avtobusu daşa basdı. Onların kimliyi haqqında hələ ki, məlumatımız yoxdur. Xoşbəxtlikdən futbolçulardan heç kəs zədə almayıb. Avtobus kiçik zərər görüb” – klubun mətbuat xidmətində belə deyiblər.
Hollandiya mətbuatının yazdığına görə, avtobusda yalnız oyuna yollanan futbolçular olub. Adı iştirak ərizəsinə düşməyən Vaqif Cavadov isə Enshededə qalıb.
