14 aprel 2010 00:58
Tvente çempionluq yolunda ciddi zərbə aldı
Vaqif Cavadovun komandası Hollandiya çempionatının 32-ci turunda xal itkisinə məruz qalıb. Azerisport.az xəbər verir ki, səfərdə cari çempion AZ Alkmaarla görüşən Tvente rəqibinə 0:1 hesabı ilə yenilib. Həmyerlimiz yenə meydançaya çıxmayıb.
Bu məğlubiyyətdən sonra Enshede klubu bir neçə tur əvvəl real görünən çempioluq iddialarını şübhə altına salıb. Bir oyun az keçirən Ayaks bu tur səfərdə Villem II klubuna qalib gəlməklə xal fərqini 1-ə endirə bilər.
