14 aprel 2010 01:00
Paolo Maldini futbolçu karyerasını bərpa edir
Milanın prezidenti Adriano Qalliani klubun əfsanəsi, ötən ilin yayında futbolçu karyerasını bitirmiş Paolo Maldinidən yaşıl meydançalara qayıtmasını istəyib. Azerisport.az xəbər verir ki, Alessandro Nestanın zədələnməsindən sonra Qalliani mövsümün qalan oyunlarında meydançaya çıxmasını və komandaya kömək etməsini Maldinindən xahiş edib. Lakin “Corriera della Sera”nın məlumatına görə, 42 yaşlı Paolo bundan imtina edib. İtaliya mətbuatı onun yaxın günlərdə fikrini dəyişə biləcəyini istisna etmir.
