15 aprel 2010 13:00
Türkiyənin baş məşqçisi Azərbaycanla oyunu unudub
Türkiyə U-19 yığmasının baş məşqçisi Kemal Özdəş Azərbaycanla oyundan sonra fikirlərini bölüşüb.
“Yarışa yaxşı başladıq. Həm qələbə qazandıq, həm bir neçə qol vəziyyəti yaratdıq. Artıq bu oyunu unutmuşuq, çünki iki gün sonra İspaniya ilə qarşılaşmamız var. Öz komandamdan razıyam, dost və qardaş Azərbaycana isə digər görüşlərdə uğurlar arzulayıram” – azerisport.az xəbər verir ki, Türkiyə KİV-inə müsahibəsində Özdəş belə deyib.
