15 aprel 2010 13:13
“Azərbaycanda Kamrandan başqa səviyyəli qapıçı yoxdur”
Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan Kartalsporun şərəfini qoruyan Vitali Kovalyov son vaxtlar müntəzəm olaraq, start heyətində yer alsa da, aprelin 19-22-si aralığında keçiriləcək seleksiya xarakterli təlim-məşq toplanışına dəvət almayıb. Azerisport.az xəbər verir ki, “Futbol+” qəzetinə açıqlamasında Kovalyov buna görə Berti Foqtsdan incidiyini dilə gətirib: “Azərbaycanda Kamran Ağayevdən başqa Avropa səviyyəli qapıçı yoxdur. Onun əvəzedici müntəzəm səhvlərlə yadda qalır. Düzdür, hər qapıçının səhvi ola bilər. Amma hər yığmada təcrübəli qolkiper olmalıdır. Məncə, milli komandaya xeyir verə bilərdim. Berti Foqtsdan məni yığmaya çağırmadığı üçün incimişəm”.
