15 aprel 2010 14:02
Qarabağ hazırığın həlledici mərhələsinə qədəm qoydu
“Unibank” Premyer Liqasının 28-ci turunda Bakı iləqarşılaşacaq Qarabağ bu gün Quzanlıya yola düşüb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda səhər saatlarında Suraxanıda məşq keçib. Məşqdə əvvəlki tək yığmanın düşərgəsində olan 7 futbolçu və səhhətindən problemlər olan Rəşad Sadiqovla Vüqar Nadirov iştirak etməyiblər.
