15 aprel 2010 14:14
Elxan Məmmədov: FIFA-ya səfərimiz məhsuldar alındı
Baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi AFFA nümayəndə heyəti FİFA-nın mənzil-qərargahında olub və 2012-ci ildə Azərbaycanda keçiriləcək yeniyetmələr qızlar arasında dünya çempionatının final mərhələsinin təşkilat komitəsi ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, baş katib görüşün hər iki tərəf üçün məhsuldar alındığını deyib: “Təşkilat komitəsinin nümayəndələri bizə hansı məqamlara daha ciddi diqqət yetirməyi başa saldılar. Bu görüşdə çox vacib məlumatlar aldıq”.
