15 aprel 2010 14:23
Realın El Klasikoda məğlubiyyətinin əsl səbəbləri
İspaniyanın “Telecinco” telekanalı “El Klasiko”da Barselonaya məğlub olan Realın məğlubiyyətinin əsl səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ispan həmkarlarımız “Kral klubu”nun lideri Kriştiano Ronaldonun matçdan bir gün əvvəl gecə klubunda olub.
Lakin portuqaliyalı futbolçu bu iddiaları təkzib edib. “Tamamilə yalandır! Hamıya məlumdur ki, oyundan bir gün əvvəl dincəlirdim, cümədən şənbəyə keçən gecə isə bütün fikirlərim Barselona ilə oyunla bağll idi. Hüquqşünaslarla danışacağam. Bu telekanalı məhkəməyə vermək fikrim var” – deyə Ronaldo bildirib.
