15 aprel 2010 15:42

Faciəvi tamaşada gülüş səsi, yaxud Azərbaycana Liqa kuboku lazımdırmı?

Berti Foqts dünən bir təklif irəli sürdü: əgər daxili yarışlarda oyunların sayını artırmaq istəyiriksə, Liqa kuboku təşkil etmək olar. Azerisport.az futbol görmüş almaniyalı mütəxəssisin bu təklifinə acı təbəssümdən başqa heç cür reaksiya verə bilmir.

Hansısa turniri təşkilinə başlamazdan əvvəl onun layihəsi hazırlamaq gərəkdir. Normal layihəyə onun predmeti, məqsədi, davamlılığı, perspektivləri, lokal və qlobal vəzifələri kimi bəndlər daxil olur. Tutaq ki, predmetini anladıq: dünyanın bir çox güclü futbol ölkələrində (məsələn, İngiltərə və Fransa) populyar olan turniri Azərbaycana da gətirmək.

Bəs məqsədi?Məqsəd daxili çempionatda komandalar sayının azlığını nəzərə alaraq, “altılıq” kimi nəyə qulluq etdiyi bilinməyən formatdan birdəfəlik əl çəkmək və Liqa kuboku hesabına komandaların mövsümböyu daha çox oyun keçirməsinə şərait yaratmaq.

Davamlılığı? Tutaq ki, ilk cəhddən böyük planlar qurmadan bunu yarışı əvvəlcə bir futbol təqvimi çərçivəsində təşkil etmək olar.

Perspektivləri? Yarışa həm klubların, həm də azarkeşlərin marağı artırmaq üçün turnirin qalibinə avrokuboklarda – UEFA Avropa Liqasında çıxış etmək hüqüqu vermək olar.

Lokal vəzifələri və qlobal vəzifələri? Bax, bu suala tutarlı cavab vermək olmur.

Ümumiyyətlə, bu ideya yalnız acı təbəssüm doğurur. Çünki əvvəla, tarixi boyunca yalnız birinci (ölkə çempionatı) və ikinci (ölkə kuboku) dərəcəli futbol yarışlarına öyrəşən Azərbaycan ictimaiyyətinin “yeni doğulmuş körpə”yə hansı münasibəti bəsləyəcəyi məlum deyil. Şübhə doğurmur ki, hipotetik Liqa kuboku həm nüfuzuna, həm də populyarlığına görə digər iki turnirdən ilk illərdə geri qalacaq. İkincisi, Azərbaycan hələ 3-cü klub turnirinin yaradılmasına hazır deyil. Səbəbi olduqca sadə və anlaşıqlıdır: Azərbaycanda kifayət qədər klub yoxdur. PFL bəzən Premyer Liqada mübarizə aparacaq klubları zorla komplektləşdirir, Azərbaycan kubokunda iştirakdan isə I divizionun bir neçə klubu imtina edir. Biz nə İngiltərə, nə də Fransa deyilik ki, II, III və ya IV divizionun komandları bu turnirdə iştirak etməsi bir yana, yarımfinal və final mərhələlərinə qədər də irəliləsin və az-çox yarışa rəng qatsın. Bizdə, sadəcə, II və ya III divizion yoxdur!

Əlbəttə, turnirin qalibinin UEFA Avropa Liqasına vəsiqə qazanacağını elan etməklə klubları müəyyən qədər şirnikləndirmək olar. Amma bu, “Unibank” Premyer Liqasında və Azərbaycan kubokuna marağın aşağı düşməsinə səbəb olmayacaqmı? Təsəvvür edin, bütün mövsüm  boyu ölkə çempionatında mübarizə aparan klublardan yalnız ikisi avrokuboklara vəsiqə qazanır. Onda digər 6-7 klub üçün yarış yalnız statik xarakter daşımayacaqmı?

Foqtsun hər hansı bir analizə varmadan belə deməsini heç başa düşmədik. Mümkündür ki, almaniyalı mütəxəssis oyunların sayının artırılması üçün belə əl-ayağa düşüb. Amma bunun üçün başqa yollar da var. Məsələn, 10 komandalı 4 dövrəli çempionat təşkil etmək, ölkə kubokunu Türkiyə modelinə uyğun – qrup mərhələsi ilə keçirmək.

Foqtsun “Liqa kuboku” təklifi isə faciəvi tamaşa zamanı zaldan eşidilən yersiz gülüş səsinə bənzəyir. Unutmayaq ki, AFFA və PFL neçə ildir adi bir Superkubok matçını təşkil edə bilmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.