15 aprel 2010 15:46
Neftçi Karlosdan tam yararlana bilmir
Bu tur İnterlə qarşılaşacaq Neftçi komandası hazırlıq prosesini intensivləşdirib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, məşqlərdə Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov, Eşqin Quliyev və Tural Nərimanov müxtəlif səbəblərdən iştirak etmirlər. Aprelin 3-də Qəbələ ilə görüşdə zədələnmiş Joze Karlos isə fərdi məşqlərlə kifayətlənir.
