15 aprel 2010 21:02
Azərbaycan yığması Norveçi məğlub etməyə hazırlaşır (FOTO)
Bu gün Azərbaycan U-19 yığması Türkiyədə Əskişəhərin “Atatürk” stadionunda oyunöncəsi məşqə çıxıb. Azerisport.az xəbər verir ki, bu matç AÇ-nin seçmə mərhələsinin elit raundunda Norveçə qarşı oyuna hazırlaşmaq məqsədi güdür. Sabah Bakı vaxtı ilə saat 18:00-da Azərbaycan U-19 yığması ikinci tur çərçivəsində Norveçlə görüşəcək.
Xatırladaq ki, ilk turda komandamız Türkiyəyə 0:2 hesabı ilə məğlub olub, skandinaviyalılar isə İspaniya ilə bərabərə (1:1) qalıb.
