15 aprel 2010 21:07
Yığmamızın rəqibi başsız qaldı
Belçika yığmasının baş məşqçisi Dik Advokat tutduğu postdan istefa verib. Azerisport.az xəbər verir ki, Belçilka Futbol Federasiyası hollandiyalının bu addımını şərh etməkdən boyun qaçırıb. Mütəxəssis özü də hələ bir açıqlama verməyib. Böyük ehtimalla, Advokat yaxınlarda Rusiya yığmasına baş məşqçi təyin olunacaq.
Qeyd edək ki, Belçika Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.
