15 aprel 2010 00:24
Anjinin prezidenti: Mahir Şükürovdan çox razıyıq
Anjinin prezidenti Maqomed-Sultan Maqomedov azerisport.az-ın müxbiri ilə söhbətində Mahir Şükürovdan razı qaldığını bildirib.
“Onu artıq Dağıstanda sevirlər. Qafqazda insanların qəlbinə yol tapmaq asandır. Bir də ki, iki məhsuldar ötürmə verən futbolçunu necə sevməmək olar? O öz səviyyəsini göstərdi. Mahirdən çox razıyıq” – deyə Maqomedov bildirib.
Qeyd edək ki, Maqomed-Sultan Maqomedov Anjinin prezidenti olmaqla yanaşı, həm də Dağıstan Respublikasının parlamentinin sədridir. Bakıya o, güləş üzrə Avropa çempionatına təşrif buyuran Rusiya nümayəndə heyətinin üzvü kimi gəlib.
