Benhard Lippert: Təəssüf ki, Əmrə Çolak kimi futbolçumuz yoxdur
Azərbaycan U-19 yığmasının baş məşqçisi Bernhard Lippert Türkiyə ilə oyundan sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirib.
“Oyunun ilk dəqiqələrində sanki rəqibdən çəkindik, təkbətək mübarizələri qazana bilmədik. Amma bu çətin mərhələni geridə qoyduqdan sonra hesabı açmaq üçün imkanlarımız da oldu. Şanslardan yararlana bilmədik. İkinci hissədə isə Türkiyə yığmasının futbolçularının fərdi keyfiyyətləri öz sözünü dedi. Rəqib təzyiqi artırdı və qolun vurulması artıq an məsələsi idi. Belə məqamlarda təcrübəli komandalar istədiklərinə nail olurlar. Türkiyə yığmasının əksər üzvləri daha yüksək səviyyəli çempionatda çıxış edirlər. Təəssüf ki, bizim Əmrə Çolak kimi oyunun müqəddəratını həll edə biləcək futbolçumuz yoxdur. Hesab edirəm ki, bu mərhələdə çıxış etməyin özü bizim üçün üstünlükdür” – azerisport.az xəbər verir ki, Lippert belə deyib.
