15 aprel 2010 00:36
Azərbaycan yığmasının rəqibi həmyerlimizə komanda yoldaşı oldu
Almaniya yığmasının və Şalkenin hücumçusu Kevin Kuranyi DÇ-dən sonra Moskva Dinamosunun şərəfini qoruyacaq. Azerisport.az Almaniya mətbuatına istinadla xəbər verir ki, yayda Şalke ilə müqaviləsi bitən Kuranyi artıq moskvalılarla anlaşıb və azad agent kimi Dinamoya keçəcək. Rusiya mətbuatı hücumçunun ildə 5 milyon avro maaş alacağını yazır.
Xatırladaq ki, Dinamoda həmyerlimiz, Azərbaycan yığmasına cəlb edilməsi mümkün olan Aleksandr Səmədov çıxış edir.
