15 aprel 2010 00:59
Vaqif Cavadov ÇL-də oynayacaq!
Hollandiya çempionatında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Ayaks səfərdə Villem II 2:0 hesabı ilə qalib gələrək, Tvente ilə xal fərqini 1-ə endirib. Çempionatın sonuna 2 tur qalmış Erediviziyada mübarizə qızışıb.
PSV isə hesabat turunda səfərdə Herenveenlə heç-heçə etməklə (2:2) çempionluq şanslarını sıfıra endirib. Artıq eyndhovenliləri Tventedən 6 xal ayırır. Şəxsi oyunlara görə Vaqif Cavadovun komandası PSV-dən üstündür. Bununla Stiv Maklarenin komandası ilk iki yerdən birini və 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqəni təmin edib.
