La Liqa. Real zorla ayıldı
İspaniya çempionatında düyünlər açılmaq bilmir. Azerisport.az xəbər verir ki, 32-ci turdan sonra da Realla Barselonanın mübarizəsi davam edir.
Bu tur Barsa evdə Deportivonu böyükhesablı (3:0) məğlubiyyətə uğratmaqla Realla xal fərqini 6-ya qaldırdı. Amma cəmi 1 günlük. “Kral klubu” gec də olsa “El Klasiko” şokundan ayıldı. Bu, Almeriya ilə görüşün ikinci hissəsində baş verdi. 69-cu dəqiqəyə - Rafael van der Vaartın qələbə qoluna qədər Real növbəti xal itkisi ilə üzləşməkdə idi. Hollandiyalı yarımmüdafiəçi komandasına həyat verdi və çempionluq yarışında qalmasını təmin etdi.
Çempionlar Liqasına vəsiqə verən digər iki yerdən birinin artıq Valensiyada olduğunu əminliklə iddiaa edə bilərik. Unay Emerinin komandası Atletik üzərində qələbə və Sevilya ilə Malyorkanın xal itirməsi sayəsində ən yaxın izləyicisindən 7 xal aralandı. Yeri gəlmişən, uzun müddət idi futbol Olimpindən kənarda qalan Malyorka köhnə günlərini qaytarmağa yaxındır. Amma ÇL-də iştirak etmək üçün onu Sevilya, Atletik Bilbao, Xetafe və Vilyarrealla “didişmə” gözləyir.
La Liqa, 32-ci tur
Turnir vəziyyəti: Barselona – 83; Real – 80; Valensiya – 59; Malyorka – 52; Sevilya – 51; Atletik – 48; Xetafe – 47; Vilyarreal – 46; Deportivo – 43; Atletiko – 40; Osasuna – 38; Sportinq, Espanyol, Almeriya – 37; Rasinq – 35; Saraqosa – 33; Malaqa – 32; Tenerife – 29; Valyadolid – 28; Xeres – 26.
