16 aprel 2010 14:33
Kostadinov Azərbaycan – Norveç oyununda
U-19 yığmaları arasında Türkiyədə davam edən AÇ-nin seçmə mərhələsinin elit raundunda bu gün ikinci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan U-19 yığma komandası Norveçli həmyaşıdları ilə qarşılaşacaq. Görüşü bolqarıstanlı referi Aleksandr Kostadinov idarə edəcək.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
