16 aprel 2010 18:15
Foqtsu devirmək istəyən yeni məşqçi
Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Belçika yığmasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum ola bilər. Azerisport.az xəbər verir ki, bu posta ən real namizəd hazırda yığmanın texniki direktoru vəzifəsini tutan Mark Vilmotsdur.
Qeyd edək ki, post Rusiya yığmasına keçidi gündəmdə olan Dik Advokatın istefasından sonra boş qalıb.
