16 aprel 2010 19:13
Berti Foqts: Komandamız fiziki cəhətdən yaxşı hazırdır
Bu gün U-16 yığmaları arasında Azərbaycan – Gürcüstan görüşünü izləyən milli komandanın baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına açıqlama verib.
“Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Komandamız fiziki cəhətdən oyuna hazır idi. Bunun məntiqi nəticəsi kimi son dəqiqədə qələbə qolunu vurduq. Belə yoldaşlıq görüşlərinin tez-tez keçirilməsi uşaq futbolunun inkişafı yönündə atılan böyük addımdır. Bunu həyata keçirən AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm” – azerisport.az xəbər verir ki, Foqts belə deyib.
